Ru
10:47 / 09 Mart 2017

Bakı-Sumqayıt yolunda dəhşət - 5 ölü, 20 yaralı/ VİDEO/ YENİLƏNİB

16901
Bakı-Sumqayıt yolunda dəhşətli yol-nəqliyyat
hadisəsi baş verib.


BakiPost.az xəbər verir ki, şosenin Masazır dairəsindəki körpünün üstündə "Ford-Tranzit” markalı sərnişin mikroavtobusu yolun kənarındakı maneəyə çırpılıb.


 

Qəza yerinə yol polisi və təcili tibbi yardım maşınları cəlb olunub.

 
Məlumata görə, hadisə nəticəsində bir neçə sərnişin həyatını itirib, xeyli yaralı var.

Faciə barədə hələ rəsmi məlumat yoxdur.


Hadisə şahidlərinin BakiPost.az-a göndərdiyi videonu təqdim edirik:




 

08:28 

***



Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Avtobusun sərnişinlərinin hamısının tələbə olduğu bildirilir. Belə ki, qəzaya uğramış "Ford-tranzit" markalı mikroavtobus tələbələri Sumqayıt Dövlər Universitetinə aparırmış.

 

***

 


Bu gün Bakı-Sumqayıt yolunun Masazırdan keçən hissəsində baş vermiş dəhşətli qəzada ölən tələbələrin adları açıqlanıb.

 

Lent.az xəbər verir ki, Sumqayıt Dövlət Universitetinin tələbələrini aparan mikroavtobusun "Zil"ə çırpılması nəticəsində ölən şəxslər 21 yaşlı İbrahim Quliyev, 21 yaşlı İbrahim Nəsirov və şəxsiyyəti hələ tam dəqiqləşdirilməmiş 18 yaşlı Rəşad adlı gəncdir. Onların üçü də hadisə yerində vəfat edib.
 

Qəzada yaralanan şəxslərin sayının isə 17 nəfər olduğu bildirilib. 

 

 

10:32 

***

 


Bakı-Sumqayıt yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 17 nəfər Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına çatdırılıb.

 

Xəstəxanadan APA-ya verilən məlumata görə, onların vəziyyəti orta-ağırdır. Daha 4 nəfər isə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onlardan 3-ü hazırda xəstəxanadadır, xəsarəti yüngül olan bir nəfər evə buraxılıb.

 

 

***

 



Bu gün Bakı-Sumqayıt yolunda baş verən qəzada ölənlərin sayı 5-ə çatıb.


Bu barədə BakiPost.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, xəstəxanaya gətirilən 4 nəfərdən biri də dünyasını dəyişib: "”Semaşko”ya 4 nəfər yaralı gətirilib. Onlardan biri xəstəxanada dünyasını dəyişib. 17 Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib, 2-nə yerində yardım göstərilib. Onlardan çoxunun vəziyyəti orta-ağır dərəcədədir.

 

Yaralananlardan 4 nəfər isə Klinik Tibbi Mərkəzə aparılıb. Onlardan 1-i xəstəxanada dünyasını dəyişib, 2-nin vəziyyəti hazırda ağırdır və reanimasiyadadır”.

 

 

Bakı Post
Bakı-Sumqayıt yolunda dəhşət -  5 ölü, 20 yaralı/ VİDEO/ YENİLƏNİB
Bakı-Sumqayıt yolunda dəhşət -  5 ölü, 20 yaralı/ VİDEO/ YENİLƏNİB
Bakı-Sumqayıt yolunda dəhşət -  5 ölü, 20 yaralı/ VİDEO/ YENİLƏNİB
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər