Ru
12:59 / 04 Mart 2017

Aprel şəhidimizin anası acınacaqlı durumda - İcra başçısı niyə laqeydlik edir?

8767

Sabunçu
rayon İcra Hakimiyyətinin aprel şəhidlərimizdən olan Əlzamin İslamovun anası
Hürnisə Kərimovaya qarşı laqeydliyi ilə bağlı dəfələrlə yazılar dərc
olunmasına, quruma müraciətlər edilməsinə baxmayaraq şəhid anasının problemi hələ
də həllini tapmayıb.

BakiPost.az xəbər verir ki, jurnalist Aida Eyvazlı H.Kərimovanın fəryadını əks etdirən yazı
hazırlayıb. O, Sabunçu rayon İcra Hakimiyyətinin başda icra başçısı olmaqla,
bütün səlahiyyətlilərini məsuliyyətsizlikdə ittiham edib. Həmin yazını təqdim
edirik:


Hələ oğu
Əlzamin İslamov əsgərlikdə olanda Hürnisə
Kərimova Müdafiə Nazirliyinə məktub
yazaraq bildirir ki, onun yeganə oğlundan başqa övladı yoxdur, və tək
oğlunu ön cəbhəyə göndərməsinlər...
Tanışı, imkanı olmadığından başqa yola əl ata bilmir. Müdafiə Nazirliyinin müvafiq komissarlığından
da anaya cavab gəlir ki, arxayın olun, məktubunuz nəzərə alınacaq. Aprel döyüşləri
başlayanda , tənha qadın şəhid olanlar və
yaralananlar üçün göz yaşı töksə də,
oğlu üçün narahat olmur. Çünki inanır ki, ona nazirlikdən söz veriblər, deyiblər
ki, ön cəbhəyə göndərilməyəcək oğlu.

Aprelin
6-da isə yeganə oğlu Əlizamin İslamov şəhid olur.

O ananın indi hansı gündə olmasını onun halını görənlər
bilər. Dörd divar arasında tənha qalıb. İşləmir. Oğlu ilə birlikdə tikməyə başladığı
evinin tikintisi yarımçıq qalıb. 8 aydır ki, Sabunçu Rayon İcra hakimiyyətinin
qapılarını döyməkdən, barmaqları qabar olub.
Qeydiyyatda olduğu, sakini olduğu Zabrat kənd bələdiyyəsi də, gəlib
evinin divarlarını qara sementlə malalayıb gediblər... Sonra səs-soraq olmayıb.


Vaxtı ilə
bu evi tikəndə bir dəfə həyətinə buldozer salıb, tənha və kimsəsiz qadının
evini başına uçurublar, sonra yenə də öz haqqını tələb edib, həmin Tramvay küçəsindəki torpağına sahib çııxıb.
Hürnisə Kərimovanın evinin hasarı, qapı
pəncərəsi də yoxdur.

Lakin bu
rayonun səlahiyyətliləri niyə bu qadına belə laqeyddirlər? Bu Allahın da yadından çıxmış Zabratın
Tramvay küçəsindəki bərbad yolları yəqin
ki, ərazinin deputatı Dilarə Cəbrayılova
özünə səs toplayanda bahalı maşınla bir
dəfə də olsa gəlib gedib. O da öz deputat səlahiyyətləri çərçivəsində bir şəhid anası ilə maraqlanmağa vaxt tapmır.
Çünki ana deyir ki, deputata da öz dərdini
bildirib.


Sabunçu
rayonunun özünə xaniman quran, bir neçə yerdə obyektləri olan rayon icra
başçısı və digər büdcə təşkilatından faydalananları... 1 həftədə özünüzə xərclədiyinizin yarısına bu qadına yardım etsəydiniz,
yarımçıq qalan evinin tikintisini başa çıxarsaydınız, yəqin ki, onun bacısının
oğlu Şahrux Mirzəyev sosial şəbəkədən insanlara müraciət etməzdi...Xalası
Hürnisənin ah-naləsini evdən çölə
çıxarmazdı.


Bəlkə də
içərinizdə fikirləşəni olacaq ki, oğlu ölüb, qan pulu davası edir... Bəli elə adamlar var ki,
onlar övladları şəhid olandan sonra
dünya malından əl çəkirlər. Heç şəhidlərə verilən imtiyazlardan istifadə etmirlər.
Ancaq əli hər yerdən üzülən, yeganə oğlunu Vətənin azadlıq savaşında itirən ana
Konstitusiya və şəhid anası, dövlətimizin ona verdiyi haqqdan və hüquqdan
yararlanmaq istəyir. Bu dövlətə güvənmək , arxalanmaq istəyir.

Niyə
unudursunuz? Nəyi unudursunuz? Unutumusunzsa bir daha Azərbaycan Respublikasının Ali Baş Komandanı
İlham Əliyevin "Aprel döyüşləri bizim şanlı qələbəmizdir”-deyə
ifadə etdiyi fikri xatırladıram:"Azərbaycan övladları öz doğma torpağını müdafiə edirlər, Vətən uğrunda
vuruşurlar, şəhid olurlar.
Bütün şəhidlərimizin
xatirəsi bizim ürəyimizdə yaşayır və əbədi yaşayacaq”.

Bu
fikirləri isə Azərbaycan Respublikasının birinci vitse prezidenti Mehriban xanım Əliyeva şəhid
və aprel döyüşçülərinin anaları və doğmaları ilə olan görüşündə söyləmişdi:

"Biz
bütün qəhrəman şəhid və yaralılarımızla fəxr edirik. Sizə də təşəkkür edirik
ki, belə vətənpərvər və qəhrəman övladlar yetişdirmisiniz.

Əziz analar, mən bir ana
kimi sizin qarşınızda baş əyirəm. Siz elə övladlar böyütmüsünüz ki, bu gün
bütün xalq onlarla fəxr edir. Əlbəttə, heç bir ana istəməz ki, müharibə olsun,
övladlarımız gənc yaşında dünyalarını dəyişsin.

Azərbaycan xalqı üçün hər
bir əsgərimiz dəyərlidir və əzizdir. Dünyanın ən böyük sərvəti olan ömrünü Vətən
naminə qurban verən hər bir övladımız Azərbaycanın tarixində qəhrəman kimi
yaşayacaq. Bu günlər bütün xalqımız ordumuza dəstək verir”.

Ölkəmizin prezidenti, vitse prezidentinin şəhid ailələrinə, Azərbaycan vətəndaşına qayğısı göz önündədir. Bəs siz məmurlar, kreslo güdənlər, mandat sevənlər,
nədən dövlətin qarşınıza qoyduğu tələbləri yerinə yetirmək istəmirsiniz? Aprel
döyüşlərində şəhid tabutları başında Müdafiə
Nazirliyininpolkovniki Abdulla Qurbaninin odlu şerlərini və digər dövlət nümayəndəələrinin "Şəhidlər ölməz,
onların xatirəsi bizim üçün əzizdir. Onlar
şəhid oldular ki, Vətən yaşasın” kimi şüarlarınizı və odlu
çııxışlarınızı nə tez unutdunuz? Sizin üçün torpağın üzü soyuq ola bilər, ancaq o şəhid ailələri və
anaları hər birinizin unutmadığı
ünvanlar və aulələr olmalıdır. O anaların əlini öpməlisiniz. Çünki şəhid olan
sizin deyil, onlraın övladı oldu. Daha çox onlar itirdilər. Biz hamımız o ailələrə
borcluyuq!!!"

Aida
Eyvazlı

Ba
Post


Aprel şəhidimizin anası acınacaqlı durumda -  İcra başçısı niyə laqeydlik edir?
Aprel şəhidimizin anası acınacaqlı durumda -  İcra başçısı niyə laqeydlik edir?
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər