Ru
14:25 / 20 Sentyabr 2017

Ziya Məmmədovun bacısı niyə “yoxlanılır” - İlginc təfərrüat

8034
Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı Məhbubə Məmmədovanın direktoru olduğu "Tərəqqi" liseyində araşdırma aparılmasının bəzi ilginc məqamları bəlli olub.

 

BakuPost.az xəbər verir ki, yoxlama başlamazdan əvvəl Təhsil Nazirliyinin məsul şəxsləri, xüsusən sektor müdiri Emin Əmirullayev və Aparat rəhbəri Elmar Əliyev direktora işdən çıxması ilə bağlı ərizə yazmasın tələb ediblər. 


Əməkdar müəllim olan M.Məmmədova isə bunun üçün heç bir səbəb olmadığını göstərərək, ərizə yazmaqdan imtina edib. Buna görə də nazirlik yoxlamayla direktoru cəzalandırmaq, onu işdən çıxarmaq qərarını verib. 


Liseydən daxil olan məlumatda bildirilir ki, hazırda Nazirliyin Daxili Nəzarət Şöbəsinin xeyli əməkdaşı yoxlamalara başlayıb,  müəllimlərinin lisey ərazisini tərk etməsinə icazə verilmir. 


Bəzi müəllimlərdən direktorun əleyhinə ərizələr alınması, onu rüşvətdə suçlamaq üçün lazımı materiallar toplanması da gələn informasiyalar arasındadır.

 

Həmçinin bildirilir ki, liseyin yeni rəhbərinin kimliyi də artıq bəllidir. Xəbərə görə, liseydə müəllimə işləyən həmin şəxs  M.Məmmədovanın ərizəsini almağa çalışan Elmar Əliyevin yaxın  adamıdır.

 

Yeri gəlmişkən, E.Əliyev Təhsil naziri Mikayıl Cabbarovun xalası oğludur. 


M.Məmmədova gəldikdə isə, onun hazırda liseydə olmadığını, yüksək qan təzyiqi ilə yaxınlıqdakı xəstəxanaların birinə getdiyi bildirilir. 


Son məlumata görə o işdən çıxmaq üçün ərizə yazacağını bildirib. 


Qeyd edək ki, yoxlama ilə bağlı məlumatı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov verib.


Araşdırmanın Nazirliyin Daxili Nəzarət Şöbəsinin əməkdaşları tərəfindən aparıldığını qeyd edən C. Valehov yoxlamanın nə ilə bağlı olduğunu açıqlamayıb.
Ziya Məmmədovun bacısı niyə “yoxlanılır” -  İlginc təfərrüat
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər