Ru
11:29 / 20 Fevral 2018

“Zeytun budağı”: 1715-ci terrorçu zərərsizləşdirildi

2031
Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində ümumilikdə 1715 terrorçu zərərsizləşdirilib.


BakuPost xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilir ki, təkcə son sutka ərzində İŞİD, PYD və YPG terror qruplaşmaslarının 74 üzvü məhv edilib.


Bundan başqa, əməliyyat müddətində ümumilikdə 75 yaşayış məntəqəsinin terrorçulardan azad edildiyi bildirilib.


Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər