Ru
17:05 / 09 Dekabr 2016

Zeynəb Xanlaraova Mətanəti necə ağlatdı? - VİDEO

1286

ARB TV-nin efirində yayımlanan"Gəlin danışaq"verilişinin
qonağı olan əməkdar artistMətanət İsgəndərli maraqlı
açıqlamalar verib.
BakiPost.az xəbər verir ki, o xalq artisti Zeynəb Xanlarovanın ona göndərdiyi məktubdan
danışıb: "Hər müğənninin konsertini Azərbaycan televiziyasında verməzdilər. Biz
gecə-gündüz işləyirdik. Çətinliklərlə bu pilləyə çatmışıq. Zəhmətlə onlara nail
olurduq. Asif Kərəmoğlu sarayda mənim konsertimi elədi. Çox uğurlu konsert
oldu. Nüsrət Kəsəmənli, Vaqif Gərəyzadə və digərləri konsertimə gəlmişdi. Zeynəb
Xanlarova mənə məktub göndərmişdi. Bunlar mənim üçün sürpriz olmuşdu. Səhnədə
eşitdim ağladım. Sevincimin həddi-hüdudu yox idi. Göyün
yeddinci qatındaydım. Zeynəb xanım mənə çox dəstək oldu".

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər