Ru
17:12 / 23 Yanvar 2017

Üzərində “Milli Bank” yazılan pullarla bağlı - Rəsmi açıqlama

1647
"Azərbaycan Respublikasının yeni nəsil kağız pul nişanlarının üzərində yazılmış "Azərbaycan Milli Bankı” sözlərinin "Azərbaycan Mərkəzi Bankı” sözləri ilə əvəzlənməsi və bu pulların tədavüldə mövcudluğu ilə bağlı kütləvi informasiya vasitələri və əhali tərəfindən Mərkəzi Banka çoxsaylı suallar ünvanlanıb”.

 

BakiPost.az-ın məlumatına görə, bu barədə Mərkəzi Bankın yaydığı açıqlamada bildirilib.

 

Məlumatda qeyd edilib: "Bu müraciətləri nəzərə alaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli Fərmanına əsasən 01 yanvar 2006-cı il tarixdən tədavülə yeni nəsil pul nişanları buraxılmış və bu dövrdə istehsal olunmuş bütün nominallı kağız pul nişanlarının üzərinə "Azərbaycan Milli Bankı” sözləri yazılıb. 2009-cu il 18 mart tarixli referendum nəticəsində qəbul edilmiş «Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının Referendum Aktının tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına, o cümlədən "Azərbaycan Respublikasının Milli Bankı haqqında Qanunu”na dəyişikliklər edilmiş və Qanunda "Milli Bankı” sözləri "Mərkəzi Bankı” sözləri ilə əvəz edilib.


Bununla əlaqədar qanunvericiliyə uyğun olaraq bu dövrdən sonra istehsal olunmuş kağız pul nişanlarının üzərində "Azərbaycan Milli Bankı” sözləri "Azərbaycan Mərkəzi Bankı” sözləri ilə əvəz olunub. Bildiririk ki, hazırda tədavüldə üzərində "Azərbaycan Milli Bankı” yazılan pul nişanları ilə yanaşı, Referendum Aktının qüvvəyə minməsindən sonra istehsal olunmuş və üzərində "Azərbaycan Mərkəzi Bankı” sözləri yazılmış 1, 5 və 100 manatlıq kağız pullar mövcuddur.


 

Gələcəkdə digər nominallı pulların istehsalı zamanı onların da üzərində "Azərbaycan Milli Bankı” sözləri "Azərbaycan Mərkəzi Bankı” sözləri ilə əvəz ediləcək.


Bununla əlaqədar, Azərbaycan Mərkəzi Bankı bütün informasiya vasitələrini və əhalini xəbərdar edir ki, Mərkəzi Bank tərəfindən 01 yanvar 2006-cı il tarixindən etibarən tədavülə buraxılmış bütün nominallarda milli pul nişanları üzərində "Azərbaycan Milli Bankı” və "Azərbaycan Mərkəzi Bankı” sözlərinin yazılmasından asılı olmayaraq qanunvericiliyə uyğun olaraq eyni dərəcədə tədavül vasitəsidir”.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər