Ru
22:33 / 22 İyul 2017

Zəhərlənənlərdən biri məşhur aparıcının oğludur - FOTO

878
Bu gün Bakı Biznes və Kooperasiya kollecində baş verən yanğın nəticəsində yaxınlıqda yerləşən Kooperasiya Universitetində 9 nəfər (onlardan 4 nəfər nəzarətçi müəllim və 5 abituriyent) tüstüdən zəhərlənib. 


Musavat.com xəbər verir ki, zəhərlənən abituryentlərdən biri tanınmış aparıcı Tahirə Məmmədqızının oğludur. Bu haqda aparıcı saytımız açıqlamasında deyib: "Oğlumu digər zəhərlənənlərlə birlikdə 1 saylı şəhər xəstəxanasının toksikologiya şöbəsinə apardıq. Hazırda evdəyik. Vəziyyəti qənaətbəxşdir. Xəstəxanaya çatdırılanda durumu çox pis idi. Bir saat bizdən hər şeyi gizlətdilər. Çox qorxdum. Allahıma şükür edirəm ki, hər şey yaxşı qurtardı”.

 

BakuPost






Zəhərlənənlərdən biri məşhur aparıcının oğludur -  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər