Özbəkistanda Qarabağ geyimlərinin moda sərgisi keçirildi - FOTO

Özbəkistan Rəssamlıq Akademiyasında keçirilən "Ənənəvi təsviri incəsənət festivalı”nda Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ölkəmizin Qarabağ geyimlərini nümayiş etdirib.

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən BakiPost.az-a verilən məlumata görə, Qarabağ geyimlərini Özbəkistanın Kəmaləddin Bexzod adına Rəssamlıq və Dizayn İnstitutunun tələbələri nümayiş etdiriblər.

"Qarabağ şikəstəsi”nin sədaları altında Özbək modelyer qızlar XVII-XIX əsrlərə aid Qarabağın bir sıra mərasim, toy libasları, şənlik geyimləri, Qarabağ xanlarının dövrünə aid zadəgan xanımların geyimlərini nümayiş etdiriblər.

Sərgidə nümayiş etdirilən Bakı Geyim Evi tərəfindən hazırlanmış və Mədəniyyət Mərkəzinin "Azərbaycan milli geyimləri” muzeyində daimi nümayiş etdirilən Qarabağ geyimləri iştirakçıların böyük marağına və alqışlarına səbəb olub.

Qeyd edək ki, sərgidə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin "Azərbaycan qızları” rəqs ansamblı Azərbaycan kəlağayılarını sərgiləyib, "Arşın mal-alan” əsərindən musiqili səhnəni təqdim ediblər.

İştirakçılara festival çərçivəsində Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda Azərbaycan xalqının yaratdığı zəngin mədəniyyət, mədəni irs təqdim edilib, milli geyimlərin hər bir xalqın qədim tarixini, zəngin mədəniyyətinin göstəricisi olduğu vurğulanıb.
 
Bakı Post


Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994502060266

XƏBƏR LENTİ

27 Aprel 2017
Bütün xəbərlər
Bütün xəbərlər