Zaqatalada fındıq yığımına başlanılıb - Məhsuldarlıq aşağı, qiymət isə ucuzdur + VİDEO

1354
Zaqatala rayonunda əhalinin əsas gəlir mənbəyindən biri olan findıqçılıq sahəsi ilbəil genişləndirilir. Ötən il rayonun məhsul verən bağlarında 13 min 421 ton findıq istehsal olunmuşdu. Bu il isə istehsalın 15 min tona çatdırılması nəzərdə tutulurdu. Lakin yığım zamanı məlum olub ki, ötən ilə nisbətən məhsuldarlıq aşagıdır.

BakuPost Xəzər tv-yə istinadən xəbər verir ki, yaz-yay aylarında builki məhsulun ötən illərə nisbətən yüksək olacağı proqnozlaşdırılırdı. Amma bir müddət öncə əksər bağlara sel düşməsi məhsulun itkisiz və vaxtında yığılması işini xeyli çətinləşdirib.

Zaqatalada sentyabrın ilk günlərindən başlanılan fındıq yığımı ayın sonunadək davam edəcək. Bəzi təsərrüfatçılar bu mövsüm fındıq bağlarında məhsuldarlığın yüksək olduğunu desələr də, elə bağlar var ki, orda məhsul keçən ilkindən daha azdır.

Fındıq yetişdirənlər deyir ki, məhsulun qiyməti də ucuzdur. 1 kiloqramı 2 manat-2 manat 50 qəpik aralığında satılır.

Qeyd edək ki, rayonda mövcud olan bağlar 18 min 500 hektardır. Bunun da 9 min 575 hektarını yeni salınmış fındıq bağları təşkil edir.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər