Ru
16:21 / 22 May 2017

Zakir Qaralovdan yeni təyinat

953
Bakı şəhər Prokurorluğunda yeni təyinat olub.

 

APA-nın məlumatına görə, Baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə Tural Çingiz oğlu Aslanov Bakı şəhər prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi vəzifəsinə təyin olunub.

 

O, bundan əvvəl Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsinin böyük prokuroru vəzifəsində çalışıb.

 

T. Aslanovun adı Baş Prokurorluğun veb saytında prokurorluq orqanlarının kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə əlaqələrə görə məsul olan əməkdaşlarının siyahısına əlavə edilib.

 

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya yeni təyinatı təsdiqləyib.  

 

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər