Ru
16:55 / 19 Mart 2018

Zahid Oruc birinci çıxış edəcək - Püşkatma oldu

2564
Bu gün Mərkəzi Seçki Komissiyasında aprelin 11-nə təyin edilmiş prezident seçkilərində İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirilib. 


BakuPost xəbər verir ki, iclasda qeyd olunub ki, namizədlər üçün saat 22:00-da İctimai televiziyada hər dəfə 1 saat olmaqla həftədə 3 dəfə debat təşkil olunacaq, həftədə 3 saat isə İctimai radioda debatlar keçiriləcək və saat 19:00-da başlayacaq.  


Püşkatmanın nəticələrinə əsasən, çıxışlar aşağıdakı ardıcıllıqla müəyyən olunub. 


1. Zahid Oruc 

2. Araz Əlizadə

3. Qüdrət Həsənquliyev

4. İlham Əliyev

5. Razi Nurullayev

6. Sərdar Cəlaloğlu

7. Fərəc Quliyev 

8. Hafiz Hacıyev
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər