Ru
12:02 / 25 İyul 2018

Yunanıstandakı yanğından dəhşətli FOTOLAR - Bir-birinə sarılmış 26 meyit...

3918
Yunanıstanda dəhşətli meşə yanğınlarında ölənlərin sayı 74-ə çatıb.


BakuPost xarici KİV-ə istinadən xəbər verir ki, ən çox itki paytaxt Afinanın 40 kilometrliyində yerləşən Mati kəndində baş verib. Turistlər arasında populyar olan kəndi yerli əhali və turistlərin bir çoxu vaxtında tərk edə bilməyib. Alov kəndin hər tərəfini bürüyüb, qaçmaq istəyənlər avtomobillərin içində kül olublar. Kənddə qalanlar isə evlərdə və avtomobillərdə boğularaq ölüblər. Villaların birinin həyətində, dənizin bir neçə metrliyində  Qırmızı Xaçın əməkdaşları 26 meyit (böyüklər və uşaqlar) aşkarlayıblar. Onlar bir-birinə sarılmış şəkildə olub.


Hadisə ilə bağlı Yunanıstanda üç günlük matəm elan olunub. 


Yunanıstan hökuməti kömək üçün Avropa İttifaqı ölkələrinə müraciət edib.


Baş verən hadisə, çoxlu sayda insanın faciəvi ölümü bütün dünyanı sarsıb. Sosial şəbəkələrdə #Yunanıstanüçünduaet #PrayforGreece haştaqı açılıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər