Ru
11:51 / 27 Mart 2017

DYP maşınında “ksenon” işıqlar - VİDEO

1914
Bakıda iki DYP avtomobili yol hərəkəti qaydalarını pozub.


BakiPost.az xəbər verir ki, bu barədə avtosfer.az saytı məlumat yayıb. Saytın yaydığı videoda Fətəli xan Xoyski küçəsində avtomobillərin intensive hərəkətdə olduğu yolda iki YPX avtomobili yan-yana dayanıb və polis əməkdaşları bir müddət söhbət ediblər. 


DYP avtomobilində olanlar həmin ərazidə park olunan avtomobillərin oradan götürülməsi üçün həm səs siqnalından, həm də dəfələrlə yaxın işığı uzaq işığa keçirməklə ("marqat” etməklə) işıq cihazlarından istifadə ediblər. Saytın yazdığına görə, patrul avtomobilinin birinin uzaq işığı DYP tərəfindən qadağan olunmuş "ksenon”dur.


Məlumat üçün bildirək ki, bu avtomobillər zavod tərəfindən adi lampa ilə istehsal olunub. 


Uzaq işığa "ksenon” lampa quraşdıran patrul avtomobilinin qeydiyyat nişanı 99 YP 448-dir. 


Bakı Post

 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər