Ru
11:08 / 27 Mart 2017

Yevlaxda qumbara zərərsizləşdirildi - FOTOLAR

830
Yevlax rayonunda 1 ədəd qumbara tapılıb.


Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) BakiPost.az-a verilən məlumata görə, rayonun Aran qəsəbəsində Goran poliqonu adlanan əraziyə baxış keçirilib, 1 ədəd 40 mm-lik silah qumbarası (VOQ-25PM) aşkar edilib, daşınması mümkün olmadığına görə yerində zərərsizləşdirilib, 3 000 kv.m. ərazi yoxlanılıb.


(FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı)


Ümumilikdə, Agentlik tərəfindən 1 yanvar-27 mart 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Qazax, Yevlax, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 7 otlaq sahəsinə, 6 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 158 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib, 5 001 ədəd partlamamış hərbi sursat, 73 ədəd tank əleyhinə mina və 8 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 1 257 209 kv.m ərazi (475 670 kv.m əl ilə, 341 200 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 327 339 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

 

 

Bakı Post
Yevlaxda qumbara zərərsizləşdirildi -  FOTOLAR
Yevlaxda qumbara zərərsizləşdirildi -  FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər