Yevlaxda maşın yoldan çıxdı - Ölən və yaralananlar var

1286
Yevlaxda ağır yol qəzası baş verib.

BakuPost-un APA-ya istinadən xəbərinə görə, hadisə Yevlax rayonu ərazisində baş verib.

"VAZ-2106” markalı "66 BM 071” dövlət qeydiyyat nişanlı avtomobil yüksək sürətlə hərəkət edərək idarəetməni itirib və yol kənarına düşüb.

İlkin məlumata görə, hadisə nəticəsində ölən və yaralananlar var. Yaralılar Yevlax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, qəza zamanı avtomobildə 4 nəfər olub.  

Hazırda qəzanın səbəbləri və zərərçəkənlərin şəxsiyyətləri müəyyənləşdirilir.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər