Yerə təhlükəli meteorit yaxınlaşır - Gözlə görmək mümkün olacaq

İyulun 23-də Yer kürəsinin yaxınlığından meteorit keçəcək.

BakuPost.az xəbər verir ki, meteoritin 40-90 metr böyüklüyündə olduğu bildirilir.

Məlumata görə, göy cismi bu gün səhər saatlarında Yerdən təxminən 1,2 milyon km uzaqlığında keçən meteoritdən 40 min km daha yaxın keçəcək.

Sözügedən göy cismindən əlavə, 2028-ci ildə 4 km böyüklükdə olan "1997FX11" adlı meteorit Dünyanın çox yaxın məsafəsinə kimi yaxınlaşacaq. Mütəxəssislər göy cisimləri arasında "1997FX11"in təhlükəli olduğunu bildirirlər. Bu daşın Yerə dəymə ehtimalı üzərində düşünən alimlər, son təhlillər zamanı daşın hansısa təhdid daşımadığı qənaətinə gəliblər.

Hazırda Yerə yaxınlaşmaqda olan meteoritin 930 min km uzaqlıqdan keçəcəyi, böyük olduğu üçün isə gözlə belə görülə biləcəyi proqnozlaşdırılır.

Aidə
BakuPost

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

21 Sentyabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər