Ru
18:13 / 28 Fevral 2017

Yeni qəsəbə üçün ərazi təhvil verildi - Cocuq Mərcanlıda

686
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 50 evin tikilməsi üçün nəzərdə tutulan ərazi minalardan təmizlənərək təhvil verilib.


Bunu özəl olaraq Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməliyyatlar üzrə baş mütəxəssisi Adil Aslanov deyib.


A.Aslanov bildirib ki, həmin ərazilər ANAMA tərəfindən tamamilə təmizlənib, tikinti şirkətləri artıq orada təməl qoyma, ərazilərin, evlərin planlaşdırılması işlərini həyata keçiriblər, tikintiyə başlayıblar.


A.Aslanov vurğulayıb ki, ANAMA artıq ərazilərin növbəti təmizləmə mərhələsinə keçib: "Biz artıq Cocuq Mərcanlıda daha 150 evin tikilməsi nəzərdə tutulan ərazilərdə təmizləmə işlərinə başlamışıq. Həmçinin paralel olaraq kəndin ətrafında əkin sahələrində əməliyyatlar aparırıq”.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər