Ru
13:21 / 25 Aprel 2018

Yeni nazirdən ilk kadr dəyişikliyi

3791

"ASAN xidmət”in rəsmisi Anar Hüseynov Kənd Təsərrüfatı Nazirliyinə keçib.


BakuPost-un Oxu.Az-a istinadən məlumatına görə, o, nazirlikdə İctimaiyyətlə əlaqələr və İnformasiya siyasəti şöbəsinin rəhbəri vəzifəsini həyata keçirəcək.


Anar Hüseynovun "ASAN xidmət”də fəaliyyətinə nəzər yetirsək, tezliklə Kənd Təsərrüfatı Nazirliyində də bu sahədə yeni yanaşmalarının olacağı gözlənilir.


Qeyd edək ki, Anar Hüseynov fəaliyyətinə İctimai Televiziyada xəbər aparıcısı kimi başlayıb. Bundan sonra Strateji Araşdırmalar Mərkəzində mətbuat xidmətinin rəhbəri kimi fəaliyyət göstərib.


Sonra Azərbaycanda fəaliyyət göstərən "Jumeirah Bilgah Beach Hotel”də fəaliyyətini davam etdirib.


2013-cü ildə isə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub.
Yeni nazirdən ilk kadr dəyişikliyi
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər