Ru
21:56 / 09 Dekabr 2016

Yaşayış binasında yanğın - 15 nəfər təxliyə olundu

614
Sumqayıtda yanğın hadisəsi qeydə alınıb.

 

BakiPost.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının zirzəmisində 10 m2 sahədə məişət tullantıları yanıb.

 

Yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Zirzəminin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.

 

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər