Yaşasaydı, 70 yaşını qeyd edəcəkdi...

915
Bu gün Azərbaycanın mərhum xalq artisti Fuad Poladovun doğum günüdür.

BakuPost xəbər verir ki, sənətkar 1948-ci il may ayının 24-də Bakıda doğulub. 132 saylı orta məktəbi bitirib. Sənətə 1966-cı ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim rolu ilə gəlib. ADİİ-nin Dram və kino aktyorluğu fakültəsini bitirib (1967-1972). Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən İlyas Əfəndiyevin Akademik Milli Dram Teatrında hazırlanan "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub. İyirmi il bu kollektivdə işləyib. 20 mart 1987-ci ildə Azərbaycan SSR-nin xalq artisti fəxri adını alıb. 1989-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub. 2015-ci ildə "Aktrisa” filminə görə "Ən yaxşı kişi rolunun ifası” nominasiyasında "Qızıl Pəri” mükafatına layiq görülüb.

Xalq artisti 2016-cı ildə aktyor Hikmət Rəhimovun Akademik Milli Dram Teatrından çıxarılmasına etiraz əlaməti olaraq teatrla yollarını ayırıb. Onun teatrdakı "Müsyo İbrahim və Quran çiçəyi” adlı son tamaşasında anşlaq yaşanıb. Aktyoru sevənlər onu "Azdrama” səhnəsindən alqışlarla yola salıb.

Daha sonra isə aktyor ağciyər xərçənginə tutulub. Bu xəstəlik səbəbindən o, bir neçə gün əvvəl – may ayının 5-də vəfat edib. 

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər