Ru
09:44 / 21 İyul 2018

- “Mənzillər kimə gəldi kirayə verilir” Yasamaldakı “intihar vadisi”

4076
Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən, "Şərur” MTK-ya məxsus binada18 yaşlı qızın intiharı ilə bağlı müəmmalı məqamlar var. Qızın anası onun intiharı üçün heç bir səbəb olmadığını deyir. Yayılan xəbərlərdə isə iddia olunur ki, Nərgiz Vəliyeva sosial şəbəkə üzərindən intihara sürüklənib. Gənc qızın kimin tərəfindən intihar həddinə çatdırıldığı bilinmir. 


Nərgiz adı ilə tanınan Əda Zeynalova da özünü həmin ərazidə 10-cu mərtəbədən atıbmış...


BakuPost Yeni Müsavat-a istinadən xəbər verir ki, bu, həmin ərazidə son 6 ay ərzində baş verən 2-ci intihar faktıdır. Nə qədər qəribə olsa da, 6 ay əvvəl - 2017-ci il dekabrın 8-də intihar edən qızın adı başqa olsa da, onu hamı Nərgiz adı ilə tanıyıb,  çağırıb.  


Bəs 6 ay əvvəl Nərgizi intihara sürükləyən kim olub?


Həmin olay dekabrın 8-nə keçən gecə Yasamal rayonu ərazisində, metronun "Elmlər Akademiyası” stansiyasının yaxınlığında baş verib. Özünü ərazidəki çoxmərtəbəli binanın 10-cu mərtəbədən ataraq həyatına son qoyan 24 yaşlı Əda (Nərgiz) Zeynalovanın UNEC-də MBA proqramı üzrə magistr təhsili alırmış.


Magistraturanın I kurs tələbəsi olan Əda Zeynalova dekabrın 7-dək dərslərdə müntəzəm iştirak edib. Dostları və yoldaşları onu daha çox Nərgiz adı ilə tanıyırmış. Həmin günlərdə bu intihar faktı ilə bağlı da Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci - özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb.


"Çox şən və gülərüz biri idi. Özünü öldürdüyünə qətiyyən inana bilmirik. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin məzunu olub. Magistratura təhsili alırdı. Atasını iki il əvvəl itirib. Qətiyyən canına qəsd edəcək birinə bənzəmirdi. Güclü insan idi. Atasını çox istəyirdi. Hətta atası rəhmətə gedəndə belə özünü toparlaya bilmişdi. Hər zaman həyatdan zövq almağa çalışan biri idi. Axırıncı dəfə Whatsapp-da gecə saat 2-də olub, lakin özünü səhər saatlarında öldürdüyü deyilir. Dekabrın 31-i ad günü olacaqdı. O, yaxın rəfiqəsi ilə ad günü ilə bağlı planlar qururdu”. Bu sözləri Nərgizin ölümü ilə bağlı milli.az-a o dövrdə qrup yoldaşları demişdilər.

Nərgiz Vəliyeva intihar ile ilgili görsel sonucu

Nərgizlərin "ölüm oyun”larını yayan qrupların qurbanına çevrilməsi ehtimalı qalır


Mümkündür ki, hər 2 hadisənin birləşdiyi bir nöqtə olsun. Hazırda bu hadisələrin bir-biri ilə əlaqəli olmasını birmənalı söyləmək də çətindir. Hər 2 gənc xanımın sosial şəbəkələr vasitəsilə "ölüm oyun”larını yayan qrupların qurbanına çevirilməsi ehtimalı da qalır.


"Yeni Müsavat”ın əməkdaşı məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidməti ilə əlaqə saxlayıb. Xidmətdən bildiriblər ki, hazırda faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci - özünü öldürmə həddinə çatdırma maddəsi ilə işi başlanıb. İş üzrə məhkəmə tibb ekspertizası təyin olunub.


"Şahidlər dindirilib, hazırda hadisənin başvermə səbəblərinin müəyən olunması istiqamətində zəruri istintaq tədbirləri həyata keçirilir” - deyə xidmətdən bildiriblər.


Bundan əvvəl isə Yasamal Rayon Prokurorluğundan "Sputnik Azəbaycan”a verilən məlumatda qızın mənzildə tək olmadığı haqda xəbərlərin araşdırıldığı bildirilmişdi: "Onun yanında olan şəxsin kimliyini müəyyənləşdirmək üçün tədbirlər görülür. Hadisənin qətl olması istisna edilmir. Faktla bağlı araşdırma aparılır”.


"Yoldan keçən”, "könlünə ölmək düşən” hər kəs bu binaya üz tutur


2000-ci il təvəllüdlü Nərgiz Vəliyeva Ə.Əhmədov küçəsindəki 24 B saylı binanın 17-ci mərtəbəsindən özünü atıb. Həmin binanın sakinləri isə deyiblər ki, "yoldan keçən”, "könlünə ölmək düşən” çoxları bu binaya üz tutur. Sitat: "Bizim blokların qapısında qıfıl, şifrə yoxdur. İstəyən hər kəs asanlıqla bloklara girə, mərtəbələrə, hətta dama qalxa bilir. Yaxşı ki, qız düşəndə həyətdəki armaturlara girməyib. Neçə illərdir biz bu ərazidə yaşayırıq, təmir işləri başa çatmır”.


Sakinlər intihar edən qızın o binada yaşamadığını bildiriblər: "Həmin qız bizim binada yaşamayıb. Eşitdiyimizə görə, ”İnşaatçılar" metro stansiyası tərəfdə yaşayırmış. Bizim binaya da səhər tezdən gəlib. Bu fakt binanın müşahidə kameralarına da düşüb. Qız yerə düşəndə əynində paltarının olmadığına gəlincə, o, özünü atanda paltarı kondisionerə ilişərək cırılıb. Baş verənlərlə bağlı hərə bir söz deyir. Bizim binanın balkonları açıqdır. Qız da özünü dəhlizdən atıb. Meyit yerdə olanda hərə bir söz deyirdi".

Nərgiz Vəliyeva intihar ile ilgili görsel sonucu

Şahidlər onu da qeyd ediblər ki, qızın meyiti 1 saata yaxın yerdə qalıb: "Sonradan rəfiqəsi gəldi, ancaq qızın nə problemi olduğunu demədi. Anası da hadisə yerinə gəlmişdi. Qışqırıb ağlayır, qızının niyə bu addımı atdığını adamlardan soruşurdu”.


Sakinlər xüsusilə vurğulayıblar ki, intiharın baş verdiyi bina, ümumiyyətlə, qalmaqallıdır: "Binadakı mənzillər kimə gəldi kirayə verilir. Hər gün müxtəlif mənzillərdə mübahisələr, davalar olur”.


Binanın komendantı Toğrul Kətanov bildirib ki, intihar edən qız gecəni həmin binada keçirməyib: "O, bizim binaya səhər saat 09.27-də daxil olub və 09.38-də intihar edib. Qız binaya tək gəlib. Hadisə 11 dəqiqə ərzində baş verib”.


T.Kətanovun sözlərinə görə, bina 2 ilə yaxındır ki, istismara verilib, buna görə də təmir işləri tam yekunlaşmayıb: "Binanın həyətində qaraj tikilir. Tikinti işləri bitmədiyi üçün həyətdə müəyyən armaturlar var. Qarajın tikintisi başa çatdıqdan sonra binanın qapılarına da şifrə qoyulacaq”.


Komendant həmçinin qeyd edib ki, binada mənzillər mənzil sahibləri tərəfindən kirayə verildiyinə görə o, bu məsələlərə müdaxilə edə bilmir.


Nərgiz Vəliyevanın anası Çimnaz Vəliyeva "Hürriyyət” qəzetinə bildirib ki, qızı haqda sosial şəbəkələrdə yazılanlardan sarsılıb.

Nərgiz Vəliyeva ile ilgili görsel sonucu

Nərgizin anasının sözlərinə görə, hadisədən əvvəlki gecə qızı rəfiqəsinin evində qalıb: "Qızım rəfiqəsi Aynurun evində qalmışdı. Gecə saat 01:30-da telefonla Nərgizlə danışmışam. Rəfiqəsi ilə evdə idilər. Hadisə olan gün biz rayona gedəcəkdik. Qızımla əlaqə saxladım, dedi ki, ana, taksi çağırmışam, evə gəlirəm. Taksi ünvana çatan zaman intihar edib. Necə olur ki, taksi gəlib həyətdə qızımı gözləyən vaxt qızım özünü 17-ci mərtəbədən atıb? Mən bütün bunları anlaya bilmirəm. Özünü atdığı yer rəfiqəsinin yaşadığı bina deyil”.

Nərgiz Vəliyeva ile ilgili görsel sonucu

Çimnaz Vəliyeva bildirib ki, qızı haqda deyilənlər əsassızdır: "Mən övladımı özünü atdığı binada görəndə təəccübləndim ki, ay Allah, bura haradır? Üstünü örtmüşdülər, ayağında ayaqqabı gördüm. Qızımın meyiti bir saat yerdə qalıb. Mən axı qızımı ora qoyub getməmişdim. Aynurun evində qoymuşdum. Onun evi 9-cu mikrorayondadır. Necə olub ki, Nərgiz intihar etdiyi binaya gəlib? Bütün bunları bilmirəm. Hər kəsdən xahiş edirəm, qızım haqda nəsə yazmasın. Mənim 18 yaşında övladım ölüb. Bu, hər kəsin başına gələ biləcək hadisədir. Uşağımın arxasınca deyilən sözlər bir ana kimi məni sarsıdır. Hər kəs bir söz danışır. Kimisi qızımın özünü atanda lüt olduğunu deyir. Bu, düzgün deyil. Onun əynində qara şortik, qırmızı gödəkçə və ayağında ayaqqabı olub”.

Nərgiz Vəliyeva intihar ile ilgili görsel sonucu

İntihar edən qızın anası deyir ki, Nərgiz öldüyü gün səhər sosial şəbəkədə aktiv olub: "Qızım saat 09:10-da ”Whatsapp"da aktiv olub. Şahidlər açıqlama verib ki, gecə səhərə qədər binadan ağlamaq səsi gəlib. Bəs elədirsə, niyə bir nəfər qızımla maraqlanmayıb? Biriniz qapını açıb deyəydiniz ki, ay bala, sənə nə olub? Bəlkə mənim uşağımı öldürürdülər? Polisə xəbər verəydilər. Kaş qızım sağ olaydı. Mən onu bütün səhvləri ilə qəbul edərdim"...


Hər 2 Nərgizin intiharında oxşar məqamlar var. Onların sosial şəbəkədə aktivliklərinin xüsusi diqqət çəkməsi, Yasamal rayonu ərazisindəki tanıyıb-bilmədikləri çoxmərtəbəli binaları intihar məkanları kimi seçmələri, ən nəhayət, adlarının üst-üstə düşməsi də istintaqçılar üçün ipucu ola bilər...
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər