Ru
18:53 / 14 İyul 2018

Yarmarkalarda monitorinq - FOTOLAR

2930
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında monitorinqləri davam etdirir.


AQTA-dan BakuPost-a verilən məlumata görə, monitorinqlər çərçivəsində iyul ayının 14-də Bakı və Sumqayıt şəhərlərində yerləşən yarmarkalara baxış keçirilib, satışa çıxarılan məhsulların mənşə sənədləri yoxlanılıb, eyni zamanda laborator müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülüb.


Agentliyin mütəxəssisləri yarmarkalarda keçirilən monitorinqlərin ilkin nəticələrini – məhsulların qablaşdırma, daşınma və satış şəraiti ilə bağlı aşkar olunan nöqsanları diqqətə çatdırıb. Monitorinqlər zamanı aparılan maarifləndirmə işləri çərçivəsində, satışla məşğul olan vətəndaşlara qida təhlükəsizliyi qaydaları ilə bağlı, istehlakçılara isə məhsul seçərkən qida təhlükəsizliyi sahəsində diqqət edilməli xüsuslar haqqında məlumatlar verilib.


Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi ötən həftədən etibarən Kənd təsəsrrüfatı məhsullarının satışı yarmarkalarında monitorinqlərə başlayıb və monitorinqlərin nəticələri ilə bağlı ictimaiyyətə mütəmadi şəkildə məlumatlar çatdırılır.

 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər