Ru
11:54 / 29 Aprel 2017

- Qurumlar təhlükəsizliyi necə təmin edəcək? Yarışlar zamanı ölkədə terror təhlükəsi

2453

"Ölkəmizdə keçiriləcək önəmli beynəlxalq idman
yarışları zamanı təhlükəsizliyin təmin edilməsi üçün xüsusi orqanların ayrıca
planı olur”.

Bu sözləri BakiPost.az-a açıqlamasında təhlükəsizlik üzrə ekspert Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, bu cür yarışlar zamanı öncə
idmançılar arasında onların təhlükəsizliyinə cavabdeh olan şəxslər məsuliyyət
daşıyır:
"Ümumiyyətlə, yarışlar üçün bir neçə təhlükəsizlik tədbirləri həyata
keçirilməlidir. Məsələn, İslam Oyunları zamanı ölkəmizə 57 ölkədən 6000-ə yaxın
idmançı gələcək. Öncə onlara nəzarəti, əlbəttə ki, idmançılar arasında onların
təhlükəsizliyini təmin edən şəxslər də məsuliyyət daşıyırlar.

Eyni zamanda hər bir ölkənin gələcək qrupunun təhlükəsizliyi
elə həmin ölkənin üzərinə düşür. Həmçinin yarışların keçiriləcəyi ölkə ilə
qonaq gələcək ölkələrin xüsusi xidmət, hüquq-mühafizə orqanları arasında tərəfdaşlıq
müqaviləsinin olub-olmamasına baxmayaraq qarşılıqlı şəkildə təhlükəsizlik təmin
edilməlidir.


Ümumiyyətlə, ölkəmizə gələn bütün şəxslər haqda öncədən
bütün məlumatlar əldə edilir. Daha sonra onların yoxlama prosesi həyata
keçirilir. Ölkələrdən gələn hər bir idmançının yaşadığı və oyunlarının keçiriləcəyi
yerlərdə də təhlükəsizlik tədbirləri təmin olunmalıdır”.



Yarışlar zamanı hər hansı terror ehtimalına dair xəbərdarlıq
və ya təhdid olmasına gəlincə, Arzu Nağıyev qeyd edib ki, bu zaman idmançıların
ölkəmizdə istifadə etdikləri marşrutlar üzrə də yoxlama prosesləri aparılmalıdır: 
"Hər bir rayon öz ərazisində yaşayan idmançıların və iştirakçıların təhlükəsizliyinə
tam təminat verməlidir. Həmçinin idman qurğularının da ətrafında təhlükəsizlik
zolağının yaradılması və içəridə təhlükəsizliyin həyata keçirilməsi lazımdır.

Azərbaycanın hüquq-mühafizə orqanlarının hər biri üzərinə düşən bütün
prosedurların hamısına tam şəkildə əməl etməlidir”.

Ekspert deyib ki, Azərbaycanın müharibə şəraitində olduğunu
yaddan çıxartmaq olmaz:
 "Çünki ermənilərin əsas dəst-xətti nəqliyyat ilə
bağlıdır. Bu səbəbdən həm suda, həm quruda, həm də metroda bütün təhlükəsizlik
tədbirləri aparılmalıdır.

İslam Oyunlarına müsəlman dövlətlərindən gələnlərin
terror təşkilatları ilə əlaqəli olub-olmaması, onların bu məsələlərlə
bağlılığını araşdırmaq birbaşa həm qrupun təhlükəsizliyini təmin edənlərin, həm
də Azərbaycanın xüsusi xidmət orqanlarının əməkdaşlarının işidir. Ona görə də
bu məsələləri tam şəkildə aydınlaşdırmaq üçün hava limanı daxil olmaqla,
yarışların keçirildiyi yerə qədər nəzarət olmalıdır. Son aylar Dövlət Təhlükəsizlik
Xidmətinin apardığı əməliyyatlar terrorun qarşısının alınması üçün həyata
keçirilən proseslərdir. Amma bu cür beynəlxalq yarışlar zamanı isə xüsusi plan
olur”.

Sevinc

Bakı Post

 - Qurumlar təhlükəsizliyi necə təmin edəcək? Yarışlar zamanı ölkədə terror təhlükəsi
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər