Ru
12:02 / 28 Fevral 2017

Daha bir əsgərimiz şəhid oldu

3993
Düşmən təxribatı nəticəsində yaralanan hərbi qulluqçumuz şəhid olub.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən BakiPost.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində düşmənlə döyüş toqquşmasında yaralanan əsgər Əhmədov Elvin Süleyman oğlu hərbi tibb müəssisəsinə çatdırılsa da, bütün təxirəsalınmaz tədbirlərin görülməsinə və həkimlərin səyinə baxmayaraq aldığı həyatla uzlaşmayan yara səbəbindən şəhid olub.


Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.

 

Bakı Post
Daha bir əsgərimiz şəhid oldu
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər