Ru
10:32 / 18 İyun 2018

Yaponiyadakı zəlzələdə xəsarət alanlar arasında azərbaycanlı yoxdur - RƏSMİ

1525
Yaponiyanın Osaka şəhərində baş vermiş zəlzələdə həlak olanlar və ya yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşının olması qeydə alınmayıb.


Bu barədə BakuPost-a  XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib. O bildirib ki, Azərbaycanın Yaponiyadakı səfirliyi məsələni diqqətdə saxlayır.


Qeyd edək ki, ötən gün Yaponiyanın qərbində, Osaka şəhərində 6,1 baş gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 3 nəfər ölüb. Hadisə nəticəsində 50-dən çox şəxs xəsarət alıb. Sunami təhlükəsi elan olunmayıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər