Ru
13:11 / 23 Mart 2018

Yağış yağacaq, dolu düşəcək - Hava kəskin dəyişir

2388

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuPost-a verilən məlumata görə, martın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Səhər bəzi yerlərdə zəif duman. Mülayim cənub küləyi arabir güclənəcək.


Havanın temperaturu gecə 3-5° isti, gündüz  12-17° isti, Bakıda  gecə  3-5° isti, gündüz  14-16° isti  təşkil edəcək.


Atmosfer  təzyiqi  761 mm civə sütunundan 749 mm civə sütununa aşağı enəcək.


Nisbi rütubət gecə 70-80 %, gündüz  55-60 % olacaq.


Azərbaycanın rayonlarında hava əsasən,  yağmursuz olacaq. Lakin axşam bəzi  qərb rayonlarında arabir yağış yağacağı gözlənilir.


Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.


Havanın temperaturu gecə 4-9° isti, gündüz  16-21° isti, dağlarda gecə 2-7° isti,  gündüz  10-15° isti təşkil edəcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bir xəbərdarlığı da nəzərə çatdırır. Martın 24-ü axşam, 25-də əsasən şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər