Ru
09:28 / 22 Fevral 2018

Xoşqədəm cinsi azlığı məhkəməyə verdi

3004

Teleaparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə ona tənqidi şərh yazan Nura Paşayeva adlı transeksualı məhkəməyə verib. 


BakuPost Lent.az-a istinadən xəbər verir ki, aparıcı bu barədə status yazıb: "Bunun üçün trans olmaq xoşbəxtlikmiş. Axtarırıq, kimin bu şəxslə bağla məlumatı varsa, yazsın. İndi bunun yeni fotolarını da paylaşacam. Onun sponsorunun şəklini də tapıb, arvadına-uşağına deyəcəm".


Qeyd edək ki, X.Hidayətqızı ötən gün verilişində bildirib ki, ona tənqid yazanlar məhkəməlik olacaq: "Bu günə kimi yazılan heç bir tənqidi şərhlərə fikir verməmişəm. Amma bundan sonra belə olmayacaq. Bir kəlmə təhqir yazan adamı belə bağışlamayacam. Onu məhkəmədə diz çökdürəcəm. Üç oğul böyüdürəm. Məni, üzümü, ayağımı, apardığım verilişi sevməyə bilərsən. Amma ixtiyarınız yoxdur ki, oğlumun başını aşağı edəcək sözlər yazasınız”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər