Ru
15:49 / 28 Fevral 2017

Xocalı yürüşündə gülən deputatlar - FOTOFAKT

4277
İki gün əvvəl xalqımız 26 Fefral Xocalı faciəsini yad etdi. Prezident İlham Əliyev və 1-ci vitse Prezident Mehriban Əliyevanın iştirakı ilə dövlət hökümət nümayəndələri Xətai rayonunda yerləşən Xocalı abidəsin doğru yürüş keçirdi.


Bizimyol.info xəbər verir ki, Xocalı faciəsinə həsr olunmuş yürüş zamanı protokol heyətində olan 3 deputat (Nəriman Əliyev, Malik Həsənov və Rüstəm Xəlilovun) faciə qurbanlarına, ümumən xalqımıza və protokol heyətinə hörmətsizlik edərək hər kəsin kədərə büründüyü bir gündə protokolda qəh-qəh çəkib gülmələri Xocalı sakinləri və sosial şəbəkə istifadəçiləri tərəfindən olduqca sərt qarşılanıb. İki gündür bütün sosial şəbəkələrdə adıçəkilən deputatların belə önəmli tədbirdə özlərini apara bilməmələri, protokol qaydalarına əməl etməmələri insanların sərt reaksiyasına səbəb olub.


Prezident İlham Əliyevin dövlət və hökümət nümayəndələrinin iştirak etdiyi və düşmən dövlətin də izlədiyi həmin görüntüləri təqdim edirik.

 

 

Bakı Post
Xocalı yürüşündə gülən deputatlar -  FOTOFAKT
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər