Ru
22:34 / 24 Fevral 2018

"Xocalısız 26 il" – Kollecdə anım tədbiri - FOTO

2571

Bakı Biznes və Kooperasiya Kollecində Xocalı faciəsinin ildönümü ilə əlaqədar soyqırım qurbanlarının xatirəsinə həsr olunmuş "Xocalısız 26 il" adlı anım tədbiri keçirilib.


BakuPost xəbər verir ki, kollecin akt zalında Xocalı qətliamını özündə əks etdirən foto stend, tər qərənfillər və yanan şamlar düzülüb.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Daha sonra Xocalı faciəsi zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Kollecin tarix müəllimi Ramil Kazımov video çarx vasitəsi ilə tədbir iştirakçılarına Xocalı soyqırımının səbəbləri, həyata keçirilmə üsulları və nəticələri, Milli Qəhrəmanlarımız Əlif Hacıyev, Tofiq Hüseynov və Çingiz Mustafayev haqqında ətraflı məlumat verib. Kollecin dil və ədəbiyyat müəllimi Ruhəngiz Yusifovanın və tələbələrin ifasında Xocalıya həsr olunmuş şerlər səsləndirilib, faciə qurbanlarından bəhs edən səhnəciklər nümayiş etdirilib.

 

Anım mərasimi Xocalı həqiqətlərindən bəhs edən sənədli filmin nümayişi ilə başa çatıb.

 


 "Xocalısız 26 il" – Kollecdə anım tədbiri -  FOTO
 "Xocalısız 26 il" – Kollecdə anım tədbiri -  FOTO
 "Xocalısız 26 il" – Kollecdə anım tədbiri -  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər