Ru
18:08 / 28 Fevral 2017

Xocalı soyqırımının Fransada tanınması üçün SƏS VER!

3243
1992-ci ildə törədilmiş XX əsrin ən dəhşətli cinayəti - Xocalı hadisələrinin soyqırımı kimi tanınması üçün Fransada petisiya açılıb.


Modern.az saytının məlumatına görə, bununla əlaqədar dünya azərbaycanlılarına ünvanlanan müraciətdə petisiyaya səsə verməyə çağırılıb.


Petisiyaya qoşulmaq çox sadədir.

Bunun üçün aşağıdakı linkə daxil olmaq, sonra isə ad, soyad, email adresi yazmaq lazımdır. Bununla siz Xocalı soyqırımının Fransada tanınmasına dəstək olursunuz. Dəstəyinizi əsirgəməyin:


PETITION POUR FAIRE RECONNAITRE LE MASSACRE DE KHOJALY


İki gün öncə - fevralın 26-da Xocalı soyqrımının 25-ci ildönümü oldu. O soyqırımı ki, 20-ci əsrin ən dəhşətli hadisəsi kimi yaddaşlara hopdu. O soyqırım ki, bir gecədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi.

Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralandı. 1275 nəfər girov götürüldü.

Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər