Ru
16:58 / 25 Fevral 2017

“Xocalı - gözlərdə donan tarix” - FOTOLAR

2656
"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən "Xocalı - gözlərdə donan tarix” fotosərgisi açılıb. Sərgi Xocalı faciəsinin 25 illiyinə həsr edilib.


Qoşa qala qapısı meydanında, açıq havada təşkil olunan fotosərgidə faciəni yaşamış, bu faciədə həyatlarını itirmiş insanların doğmalarının portretləri nümayiş olunur. Fotosərgidə müxtəlif yaş hədlərində olan 40 nəfərin portreti yer alıb. 


Fevralın 26-dək davam edəcək fotosərgidə nümayiş olunan hər bir portretin üzərində hadisənin şahidi olan qəhrəmanın videomüsahibə zamanı danışdıqları Azərbaycan və ingilis dillərində yazılıb. 


Tanınmış simalar, əcnəbi turistlər sərgiyə baxmaq üçün "İçərişəhər”ə üz tuturlar.

 

AzVision.az
























































































 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər