Ru
21:38 / 16 İyun 2018

Xınalıq yolunda sel - Maşın dərəyə aşdı

1931
Bu gün günorta saatlarında Quba rayonu ərazisinə güclü yağış yağıb.


BakuPost-un APA-ya istinadən verdiyi məlumata görə, Quba-Xınalıq yolunun 53-cü km-də güclü sel "Mersedes " markalı avtomaşını yoldan çıxararaq dərəyə aşırıb. İstirahət üçün Xınalığa gələn Bakı sakinləri son anda avtomobili tərk edə biliblər. Hadisə nəticəsində xəsarət alan olmayıb.


Quba-Xınalıq yolu bir müddət bağlı qalıb. Əraziyə cəlb olunan texnikanın köməkliyi ilə yolda hərəkət yenidən bərpa olunub.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər