Ru
16:23 / 09 Dekabr 2016

XİN ermənilərin Hamburqdakı təxribatı barədə açıqlama verdi

411
XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü haqda danışıb.

 

BakiPost.az xəbər verir ki, o, nazirlərin görüşünün Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyinə görə pozulduğunu da əlavə edib.

 

"ATƏT-in Minsk Qrupunun həmsədrlərinin dəvəti əsasında 8 dekabr tarixində gecə radələrində həmsədrlərin Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin birgə işçi şam yeməyi baş tutub.  

 

Hamburqdan görüşündən əvvəl Fransa xarici işlər nazirinin təklifi ondan ibarət idi ki, 2+3 formatında Hamburqda xarici işlər nazirləri səviyyəsində görüş keçirilsin.  

 

Təəssüf ki, Ermənistan tərəfinin destruktiv siyasəti və görüşlərdən qaçmaq siyasəti nəticəsində 2+3 formatında xarici işlər nazirləri səviyyəsində görüş baş tutmadı. 


Şam yeməyi əsnasında həmsədrlərlə növbəti il üçün danışıqlar prosesinin davam etdirilməsi və gündəlikdə duran məsələlər ətrafında fikri mübadiləsi aparılıb”. 

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər