“Xəzər” TV-nin əməkdaşı sərbəst buraxıldı - Rəis müavini tutdurubmuş/ YENİLƏNİB

2659
Lənkəranda polis tərəfindən saxlanılan "Xəzər" televiziyasının Cənub bölgə müxbiri Ələkbərov Elvin Habil oğlu sərbəst buraxılıb.

BakuPost Lent.az-a istinadən xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəis müavini Faiq İlyasov göstəriş ilə Mərkəzi Xəstəxanada əri tərəfindən döyülərək öldürülən qadınla bağlı çəkiliş edən jurnalist bu gün günorta saatlarında buraxılıb.

Qeyd edək ki, ötən gün rayonun Rvo kənd sakini 1967-ci il təvəllüdlü Qafarova Marifə Vəli qızı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstənin yaxınları M.Qafarovanın yıxılaraq xəsarət aldığını bildirsələr də, sonradan qadının həyat yoldaşı tərəfindən döyüldüyü məlum olub. Bir neçə gün ev şəraitində müalicə olunan qadın daha sonra tibbi müəssisəsinə gətirilib və orada ölüb.
 
***
11:54

"Xəzər" televiziyasının Cənub bölgəsi üzrə muxbiri Elvin Habil oğlu Əkbərov Lənkəranda tutulub.

BakuPost-un "Report"a istinadən xəbərinə görə, E.Əkbərovun tutulmasına Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəis müavini Faiq İlyasov göstəriş verib. Məlumata görə, hadisə E.Əkbərov Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında əri tərəfindən döyüldükdən sonra ölən qadınla bağlı çəkiliş apararkən baş verib.

Qeyd edək ki, ötən gün rayonun Rvo kənd sakini 1967-ci il təvəllüdlü Qafarova Marifə Vəli qızı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstənin yaxınları M.Qafarovanın yıxılaraq xəsarət aldığını bildirsələr də, sonradan qadının həyat yoldaşı tərəfindən döyüldüyü məlum olub. 

M.Qafarovanın yaxın qohumu bildirib ki, M.Qafarova bir həftə bundan əvvəl əri tərəfindən döyülüb: "Marifə bir həftə idi evdə ağır vəziyyətdə uzanırdı. Dünən qəfildən halı pisləşdi və xəstəxanaya gətirdik. Onu bu vəziyyətə əri salıb".
 

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər