Ru
18:26 / 20 İyul 2018

Xaricə növbəti dəfə böyük həcmdə ixrac həyata keçirildi

2436
Dünyada "Made in Azerbaijan” markasını təmsil edən "Sumqayıt Texnologiyalar Parkı” (STP) MMC Qazaxıstana növbəti dəfə məhsul ixracını həyata keçirib.


BakuPost xəbər verir ki, bu dəfə STP sifarişçiyə  "BURIL" yarımstansiyasının tikintisi və yenidənqurulmasında istifadə üçün böyük həcmdə 110 kV yüksək gərginlikli  kabel məhsulları göndərib.  


Qeyd edək ki, "BURIL”  yarımstansiyası ilə Qazaxıstanın əhalisinə görə üçüncü, ərazisinə görə isə ən böyük Çimkənd şəhərinin bir hissəsi elektrik enerjisi  ilə təmin olunacaq.


Xatırladaq ki, bundan öncə STP Tacikistanda həyata keçirilən "Ravşan yarımstansiyasının  və "Roqun” Hidroelektrostansiyasının yenidənqurulmasında istifadə üçün böyük həcmdə  müxtəlif növ kabel məhsulları təqdim etmişdi. 


Xarici bazarda məhsulları ilə geniş yer alan müəssisə ümumilikdə kabel ixracı ilə bağlı  Gürcüstan,  Qazaxıstan, Tacikistan və Qırğızıstan ilə iri məbləğdə müqavilələr bağlayıb. Hazırda imzalanmış müqavilələrin böyük hissəsi icra edilib.


STP-nin Kabel Zavodunda 28 min çeşiddə 500 kV-a qədər orta, yüksək və ifrat yüksək gərginlikli güc naqilləri, stasionar və qeyri-stasionar qoyuluşlu, idarəetmə, XLPE, koaksial, gəmi, neft quyularında tətbiq olunan zirehli, müxtəlif növlü optik telefon, LAN, yüksək temperatura davamlı, qalayla örtülü damarlı torpaqlama kabellər istehsal olunur. Zavodun yüksək texnologiyalar əsasında istehsal etdiyi məhsullar rəqabətqabiliyyətli olub, həm yerli, həm də xarici bazarlarda geniş yayılıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər