Ru
23:37 / 22 İyun 2018

“Xaricdən gələn təhlükələrə sinə gərirlər” - Əli Həsənov

1610
"Azərbaycanda 1995-ci ildən baş tutan seçkilər çoxpartiyalı sistem əsasında şəffaf formada keçirilib”.


BakuPost-un Report-a istinadən məlumatına görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaranmasının 10 illiyi münasibətilə keçirilən yubiley mərasimində deyib.


Onun sözlərinə görə, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının bərqərar olması həyata keçirilən siyasətin prioritet istiqamətlərindən biri olub: "Ölkədə QHT institutları sərbəst fəaliyyət göstərir. Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması ilə QHT hərakatına dəstək verildi”.


Ə.Həsənov həmçinin vurğulayıb ki, ölkədə azad media formalaşıb: "Azərbaycanda QHT sektorunda 30 mindən artıq insan çalışır. Onlar Azərbaycanın fəal vətəndaşlarıdır, xaricdən gələn təhlükələrə sinə gərirlər. Həmin QHT-lər siyasi partiyalardan az fayda vermirlər”.

 

O, bəzi QHT-lərin xarici donorların təsiri altında Azərbaycana qarşı fəaliyyət göstərməsindən təəssüfləndiyini bildirib: "Amma həmin QHT-lərin sayı çox deyil. Sevindirici haldır ki, QHT-lərin 99 faizi Azərbaycan dövlətinə sadiqdir, Prezident İlham Əliyevin ətrafında sıx birləşiblər”.
“Xaricdən gələn təhlükələrə sinə gərirlər” -  Əli Həsənov
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər