Ru
12:56 / 22 İyun 2018

“Xaricdə din adı altında vuruşub ölənlər şəhid deyil” - Səyavuş Heydərov

2085
Yad dini ideologiyaların təsirinə məruz qalmış, onların apardıqları döyüşlərdə ölmüş, öldürülmüş şəxsləri də bəzən şəhid kimi adlandırırlar. Bu, düzgün deyil.


BakuPost-un məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov "Hərbi vətənpərvərlik: Silahlı Qüvvələrimiz və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfransda deyib.


S.Heydərov bildirib ki, həmin şəxslərin heç birinin amalında şəhidlik yoxdur: "Bu məsələdə anlayışlı olmaq lazımdır. "Qurani-Kərim"də bu məsələ aydın ifadə olunub. Bizim dünyagörüşümüzdə, azərbaycançılıq fəlsəfəmizdə vətən uğrunda ölənlər şəhid hesab olunur. Hər bir kəs özünə arzulayar ki, o səviyyəyə çatsın. Qəhrəman kimi dünyasını dəyişmək ən böyük nemətdir".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər