Ru
22:59 / 17 Yanvar 2017

Xanım deputat Rusiyanı işğalçılıqda ittiham etdi - Lavrov qalmaqalı

9451
"Rusiya nə zaman Qarabağ probleminin həllində ədalətli, obyektiv mövqe tutub ki, Lavrovun son bəyanatında da ədalətli mövqe gözləyək. Rusiya hər zaman işğalçı Ermənistanın yanında olub və bu gün də onun yanındadır”. 

 

BakiPost.az xəbər verir ki, bu sözləri millət vəkili, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan milli nümayəndə heyətinin üzvü Qənirə Paşayeva  Rusiya Xarici işlər naziri Sergey Lavrovun 2016-cı ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ problemi ilə bağlı səsləndirdiyi fikirlərə etiraz olaraq bildirib. 

 

Millət vəkili "Facebook” səhifəsində qeyd edib ki, Ermənistan Azərbaycan torpaqlarını məhz Rusiyanın dəstəyi, hərbi yardımı ilə işğal edib: "Yadımdadır, televiziyada işlədiyim dövrdə Qarabağla bağlı danışıqlar gedirdi. Biz də gözləyirdik. Həmin bu Lavrov gəlib o zamankı xarici işlər naziri Oskanyanın qoluna elə mehribanlıqla girdi, bir tərəfə çəkilib qardaş mehribanlığı ilə qızğın müzakirələr aparırdılar ki, onları çəkən kameraları belə unutmuşdular… Qarabağla bağlı o müzakirələrdən qayıdıb, elə həmin kadrı vermişdim və altına da şərhsiz deyə yazmışdım…”


Millət vəkili Rusiya xarici işlər nazirinin Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsini şərh edərkən "bu, Azərbaycanın daxili işi deyil”, deməsinə daha sərt münasibət açıqlayıb: "İşğal altında olan torpaqlarımıza gəlincə, onları azad etmək üçün biz sadəcə öz gücümüzə arxalanmalıyıq. Yanımızda sadəcə Türkiyə, Pakistan və başqa çox az sayda bir neçə səmimi qardaş-dost ölkə var və olacaq. Yaxşı günün dostları çox olur, amma çətin günün dostu-qardaşı kimdir, onu da hamımız bilirik”.

Millət vəkili daha iki replikası ilə də diqqət çəkib: "Aprel döyüşləri deyəsən Lavrovu yaman narahat edib… Bir də mətbuat konfransını tam izləməmişəm. Jurnalistlərdən kimsə Lavrovdan "sizin hərbi qüvvələrinizin Krımda nə işi var” - deyə soruşmayıb?”. 


Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan tərəfinin əleyhinə olan fikirləri sosial şəbəkələrdə də sərt təpki ilə üzləşib.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər