Ru
10:21 / 29 İyun 2017

Xanım çempionumuz faciəvi şəkildə öldü - FOTOLAR

4980

Azərbaycanlı idmançı, dağadırmanma,qayayadırmanma, buzadırmanma üzrə çempion Reyhan Məmmədova faciəvi şəkildə ölüb.


BakuPost.az xəbər verir ki, idmançı avtomobil qəzasına düşüb. Belə ki, dünən axşam saatlarında Xətai rayonu Zığ şosesində - SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında Əlifağa Məmmədov idarə etdiyi "BMW" markalı, 90 XU 928 dövlət nömrə nişanlı maşınla yolu keçən 1995-ci il təvəllüdlü Reyhan Məmmədovanı vurub. O, aldığı xəsarətdən hadisə yerində ölüb.


Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının vitse-prezidenti Arzu Mustafayev faktı BakuPost.az-a təsdiqləyib. Bildirib ki, o, bu sahə üzrə tanınmış idmançı İlqar Məmmədovun qızıdır.

 

Faktla bağlı araşdırma aparılır.   

 

BakuPost


Reyhan Məmmədova adlı şəxsin şəkli.

Reyhan Məmmədova adlı şəxsin şəkli.

Reyhan Məmmədova adlı şəxsin şəkli.

Reyhan Məmmədova adlı şəxsin şəkli.

Reyhan Məmmədova adlı şəxsin şəkli.

Reyhan Məmmədova adlı şəxsin şəkli.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər