Ru
18:18 / 27 Mart 2017

Xan bağının qiymətli ağacları kəsilib - FOTOLAR/ VİDEO

1768
Gəncədə Xan bağının nəzdində olan "Cırtdan” parkının ərazisində olan qiymətli çinar, küknar və digər ağacların əvvəlcə qol-budağı budanıb, aradan bir gün keçəndən sonra isə kökündən kəsiliblər.


Şəhər sakinlərinin "Bizim Yol”a verdiyi məlumata görə, ağacların budama və kəsilmə işləri Gəncər  Şəhər İcra Hakimiyyəti tərəfindən aparılıb. Sakinlər ağacların gecə saatlarında kəsildiyini vurğulayıblar:  "2012-ci ildə parkın ərazisində Gəncə Dövlət Filarmoniyası binasının təməlqoyma mərasimi oldu. Artıq bina hazırdır. Aprel ayında açılışı olacağı gözlənilir. Yəni ağacların kəsilməsinin bununla əlaqəsi yoxdur. O ağaclar heç kimə və heç nəyə maneə törətmir. Yaşıl ağaclardır. Onların əksəriyyəti gecə saatlarında kəsilir. Kəsilmiş ağacların çoxunu gecə vaxtı kran vasitəsi ilə yük maşınlarına qoyub ərazidən uzaqlaşdırıblar. Əsas işlər gecə vaxtı görülür ki, bilinməsin. Sonradan həmin ağacların yerinə palma və başqa ağaclar əkib deyəcəklər ki burda ağac yox idi. Yeni yaşıllıq salınıb”.

 

Bakı Post





Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər