“Xan arxı”nda oğurluq: həbslər var...

Xaçmaz rayonunun Qoçaqlı kəndi ərazisində "Xan arxı" su kanalının kənarından kənd sakinləri olan 4 nəfərə məxsus su mühərrikləri oğurlanıb. 

BakuPost.az xəbər verir ki, oğurluğu törətməkdə şübhəli bilinən Xudat şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar İsmayıl Həsənov və Saleh Osmanov tutulublar.

Nəsimi rayon ərazisindəki orta məktəblərdən birində otaqdan 900 manat pul və sənəd olan pulqabısını oğurlamaqda şübhəli bilinən Ordubad rayon sakini, əvvəllər məhkum olunmuş Ağamalı Əliyev tutulub.

Gəncə şəhər sakini Rəşad Qasımovun mobil telefonunu oğurlamaqda şübhəli bilinən həmyerlisi Ramin Əsgərov tutulub.

BakuPost

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

21 Sentyabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər