Ru
13:51 / 21 May 2017

Xalq artistinin oğlu öz toyuna “Pobeda” ilə gəldi - FOTO

3194
Xalq artisti Aftandil İsrafilov ötən gün oğluna toy edib. 


BakiPost.az Axşam.az-a istinadən xəbər verir ki, qarmon ifaçısının övladı Aydın Gülsüm adlı xanımla ailə həyatı qurub. 


Toyun aparıcılığını əməkdar artist Azad Şükürov edib. Məclisdə xalq artistinin sənət yoldaşları, millət vəkilləri, tanınmış simalar iştirak ediblər. 


Bəy və gəlin məclisə köhnə sovet maşını "Pobeda" ilə gəliblər. 


Xalq artisti Brilliant Dadaşova və digər müğənnilər öz musiqiləri ilə qonaqlara xoş anlar yaşadıblar.


Şərqşünas-alim Vasim Məmmədəliyev, xalq artisti Əlibaba Məmmədov və Mənsum İbrahimov çıxış edərək Aftandil İsrafilov haqda xoş sözlər deyiblər, səbəbkarları təbrik ediblər. 

 

Bakı Post




Xalq artistinin oğlu öz toyuna
















Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər