Ru
13:18 / 18 Yanvar 2017

Xalq artisti məhkəməyə verildi - 300 minlik çəkişmə

1399

ADO
teatrı Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Ramiz Məliki və həmin
teatrın rejissoru Əlif Cahangiri məhkəməyə verməyə hazırlaşır.

Bu barədəBakiPost.az-a ADO teatrının meneceri Kamal Aken məlumat verib.

Onun
sözlərinə görə, məsələ ilə bağlı hətta Daxili İşlər Nazirliyinə (DİN) də müraciət
olunub:
"Bu məsələdə teatrı hüquqşünas Samirə Ağayeva təmsil edir. Vəkil ADO
teatrının rəhbəri və əməkdaşlarına qarşı Akademik Teatrın rejissoru Əlif
Cahangirlinin təhdidləri ilə bağlı DİN-ə müraciət ünvanlayıb. Ümid edirik ki,
yaxın günlərdə müraciət araşdırılacaq”.

Teatrdan
bildirilib ki, artıq məhkəmə sənədlərinin də hazırlanması yekunlaşıb:
"Akademik
teatrın aktyoru Ramiz Məlik və teatrın rejissoru Əlif Cahangir Facebook sosial
şəbəkəsində ADO teatrının və teatrın rəhbərinin ünvanına təhqiramiz fikirlər səsləndirib.
Daha sonra Əlif Cahangirli media vasitəsilə yazı yazaraq təhqirlərini davam
etdirib. Vəkil hesab edir ki, bütün bunlar teatrın imicinə, onun rəhbərinin
işgüzar nüfuzuna xələl gətirir, bütün bu təhqirlər şərəf və ləyaqətin
alçaldılmasına yönəlib. Məhkəmə iddiasında "üzr istəmək” tələbi ilə yanaşı dəymiş
mənəvi ziyana görə 300 min manat təzminat tələbi də irəli sürülüb. Baş vermiş məsələdə
aktyorların heysiyyatına toxunulub və mülki qaydada qaldırılmış işdə qanun çərçivəsində
cəzanın kəsilməsinə nail olacağımıza inanırıq.


Toplanmış faktlar da iddia ərizəsinə
əlavə olunub. Biz hesab edirik ki, bütün bu məsələlərin arxasında Akademik
Milli Dram Teatrının rəhbəri Azərpaşa Nemətov dayanır”.

Qeyd edək
ki, bir neçə gün bundan öncə Akademik Milli Dram Teatrının əməkdaşları Facebook
sosial şəbəkəsi və media vasitəsilə ADO teatrına, teatrın rəhbəri və əməkdaşlarına
qarşı təhqiramiz fikirlər səsləndiriblər.

 

Bakı Post
Xalq artisti məhkəməyə verildi -  300 minlik çəkişmə
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər