Ru
12:31 / 27 İyun 2017

Xalq artisti ilə vida mərasimi keçirilir - FOTOLAR

1048

"Təzəpir" məscidində
Azərbaycanın xalq artisti, xanəndə Qəndab Quliyeva ilə vida mərasimi keçirilir.
APA-nın xəbərinə görə, vida mərasimində mərhumun yaxınları,
sənət dostları və ictimaiyyət nümayəndələri iştirak edir. Xalq artisti Binə kənd qəbiristanlığında anasının yanında dəfn
olunacaq. Qeyd edək ki, Q. Quliyeva iyunun 16-da Respublika Müalicəvi
Diaqnostika Mərkəzinin reanimasiyası bölməsinə yerləşdirilib. Ona ürək
çatışmazlığı və xroniki böyrək çatışmazlığı diaqnozu qoyulub. Xalq artisti
iyunun 26-da xəstəxanadan evə aparılarkən yolda dünyasını dəyişib.

Qəndab Həbib qızı
Quliyeva 1949-cu ildəFüzulirayonunun Dilağarda kəndində anadan olub. 1976-1980-ci illərdə
Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində, daha sonra Azərbaycan Dövlət
İncəsənət Universitetində təhsil alıb. 1981-ci ildən Azərbaycan Dövlət Opera və
Balet Teatrında solist kimi fəaliyyət göstərib. Teatrın səhnəsində Leyli
("Leyli-Məcnun”), Əsli ("Əsli və Kərəm”), Ərəbzəngi ("Şah İsmayıl”),
Şahsənəm ("Aşıq Qərib”), Gülbahar ("Gəlin qayası”), Xanəndə qız ("Vaqif”)
rollarını yaradıb.




 

Bakı Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər