Ru
15:40 / 21 Yanvar 2017

Xaçmazda zəncirvari qəza - Yaralılar var/FOTO

1818
Xaçmaz rayonunda zəncirvari yol qəzası baş verib.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Xaçmaz-Quba yolunun 7-ci km-də qeydə alınıb. "Ford”, "Toyota”, "Mercedes” və "VAZ 21011” markalı maşınlar toqquşub. Nəticədə "Vaz 21011” markalı avtomobilinin sürücüsü və 2 sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlar Qubanın Ağbil kənd sakinləri 1981-ci il təvəllüdlü Məmmədov Rahim Ramiz oğlu, 1990-cı il təvəllüdlü Zeynalova Leyla Hacıbaba qızı və azyaşlı, 2011-ci il təvəllüdlü Zeynallı Sənan Həbibulla oğludur. Hər üç şəxsin vəziyyəti orta-ağırdır.

 

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

 

Bakı Post

 









Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər