Ru
20:21 / 20 Sentyabr 2017

Xaçmazda meşədə yanğın - YENİLƏNİB

795
 Xaçmazda meşə zolağında baş verən yanğın söndürülüb.
 

BakuPost.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonunun Çiləgir kəndi yaxınlığında biçilmiş taxıl sahəsində və meşə zolağında başlamış yanğın söndürülüb.

 

Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.

 

***

18:18

 

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonunun Çiləgir kəndi yaxınlığında biçilmiş taxıl sahəsində və meşə zolağında yanğın başlayıb.

 

BakuPost.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Dövlət Yanğından Mühafizə Xidmətinin və Şimal Regional Mərkəzinin şəxsi heyəti və texnikası hadisə rayonundadır. Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər