Ru
14:25 / 24 İyun 2017

"WhatsApp"dan növbəti YENİLİK

719
Dünyanın ən məşhur mesajlaşma tətbiqi "WhatsApp"da istifadəçilərin uzun müddətdir ki, gözlədiyi yeniliyi tətbiq etmək üzrədir.


BAKU.WS-in məlumatına görə, "WhatsApp"ın mütəxəssisləri yeni funksiyanı test edir. Əgər test uğurlu alınsa, istifadəçilər rahatlıqla istənilən formatda olan faylları paylaşa biləcək.


Mütəxəssislər göndəriləcək faylların həcminin maksimum ölçüləri üzərində də işləyir. Fayl ölçülərinin müəyyən qədər kiçildilməsi nəzərdə tutulub.


Məlumata görə, "İOS" istifadəçiləri 128 MB, "Android" istifadəçiləri isə 100 MB, veb versiyada isə 64MB ölçüsündə fayl göndərə biləcəklər. Yeni funksiyanın yaxın vaxtlarda tətbiq ediləcəyi bildirilir.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər