Ru
22:39 / 28 İyun 2017

“Whatsapp”dan mühüm yenilik - Cəmi 5 dəqiqə vaxtınız olacaq

1309
"Whatsapp"-da bir neçə ildir ki, gözlənilən funksiya bu yaxınlarda istifadəyə veriləcək.


BakuPost.az "ölkə.az"-a istinadən xəbər verir ki, kiməsə göndərib sonradan peşman olduğunuz "kaş ki, göndərməsəydim"-dediyiniz məsələlər artıq tarixə qovuşacaq. Bunun qarşısını almaq üçün isə "Whatsapp" istifadəçilərinin cəmi 5 dəqiqəsi olacaq.


"Whatsapp" şirkəti "iPhone", "Android" və "Windows Phone" cihazlarından göndərilən bir mesajın necə geri qaytarıla biləcəyini açıqlayıb. Açıqlamaya əsasən "Geri qaytar" funksiyası ilə bir qrup və ya şəxsi mesajlaşma ekranında göndərilən mesajı geri qaytarmaq mümkün olacaq.


Amma bunu qısa bir müddət ərzində həyata keçirmək lazımdır. Göndərilən mesajı geri qaytarmaq üçün maksimum 5 dəqiqə vaxtınız var. Əks halda, mesajı geri qaytarmaq mümkün deyil. Əməliyyatın uğurlu keçməsini isə  ekrana çıxan "mesaj geri qayıtdı" cümləsi ilə anlamaq mümkündür.


Mesajı geri qaytarmaq üçün isə "Android"-də mesaja toxunub basılı saxlayın, sonra isə "Menyu" düyməsinə- "Geri qaytar"a toxunun. "iPhone" və "Windows Phone"da isə mesaja toxunub basılı vəziyyətdə saxlayın. Sonra isə "Geri qaytar" düyməsinə toxunun.


Əməliyyat uğurla başa çatsa, geri qaytardığınız mesaj söhbətdən silinir. Eyni şəkildə bir söhbətdə "mesaj geri qaytarıldı" yazısı görsəniz, bu göndərənin mesajı geri qaytardığı mənasına gəldiyini bildirir.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər