Ru
19:10 / 23 May 2017

Vüqar Səfərlidən jurnalistlərə veriləcək mənzillərlə bağlı - "Qardaşıma da güzəşt etməyəcəm"

1050
"Təzə tikilmiş mənzillər ancaq sırf jurnalistlərə veriləcək. Texniki işçilərə mənzil düşmür”.

 

BakiPost.az-ın Lent.az-a istinadən məlumatına görə, bunu "Ekspress”in əməkdaşı ilə söhbətində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib.

 

Onun sözlərinə görə, komissiya üzvləri təyin olunmuş vaxtda redaksiyalarda olacaq, redaksiyaların nə vaxtdan fəaliyyət göstərməsini, nə qədər texniki işçisi və jurnalisti olmasını müəyyənləşdirəcək.

 

Vüqar Səfərli onu da vurğulayıb ki, redaksiyalar tərəfindən namizədlərin sırf jurnalistlər olub-olmaması da dəqiqləşdiriləcək.

"Bu barədə qardaşıma da güzəşt etməyəcəyəm” deyərək, icraçı direktor diqqətə çatdırıb.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər