Ru
20:33 / 22 Sentyabr 2017

Voleybolçularımız ilk oyunu qələbə ilə başa vurdular

581
Azərbaycan voleybolçuları Avropa çempionatında ilk oyunu qələbə ilə başa vurublar.


Trend-in məlumatına görə, idmançılarımız Macarıstan komandasını hər 3 setdə üstələyib.


Milli Gimnastika Arenasında keçirilən qarşılaşmada Azərbaycan yığmasının start heyətində meydana Kseniya Pozdnyak, Odina Bayramova, Alyona Həsənova, Nataliya Məmmədova, Kristina Yaqubova, Polina Rəhimova və Valeriya Məmmədova çıxıblar.


Qeyd edək ki, Azərbaycanda və Gürcüstanda voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsi keçirilir.


Oktyabrın 1-dək davam edəcək Avro-2017-nin A və C qruplarının oyunları Bakıda Milli Gimnastika Arenasında, B qrupu – Tbilisidə Yeni İdman Sarayında, D qrupunun oyunları isə Göygöldə Olimpiya İdman Kompleksində təşkil edilir.


Qaydalara əsasən, hər qrupdan iki komanda pley-off mərhələsinə vəsiqə qazanacaq. Çempionatın ¼, yarımfinal və final görüşləri Bakıda keçiriləcək.


Yarışda 16 komanda – A qrupunda Azərbaycan, Macarıstan, Almaniya, Polşa, B qrupunda Gürcüstan, İtaliya, Belarus, Xorvatiya, C qrupunda Türkiyə, Bolqarıstan, Rusiya, Ukrayna, D qrupunda isə Niderland, Serbiya, Belçika və Çexiya voleybolçuları mübarizə aparır.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər